ABŞ-da aralıq seçkilərdən sonra Donald Tramp diqqətini xarici siyasətə yönəldəcək. Bu isə dünyada əlavə problemlərə səbəb olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.
Nəşr Tramp, Vladimir Putin və Si Cinpinin Çində mümkün sammitinin yeni dünya nizamının formalaşmasına yol aça biləcəyini qeyd edir. Müəlliflərin fikrincə, üç böyük dövlət dünyanı təsir dairələrinə bölə, Avropa və digər ölkələrin maraqlarını isə ikinci plana keçirə bilər.
Məqalədə bildirilir ki, Tramp ənənəvi müttəfiqlərindən uzaqlaşaraq avtoritar liderlərlə yaxınlaşmağa hazır olduğunu nümayiş etdirir.
ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında Rusiya və Çinə yönələn tənqidlərin Avropadakı tərəfdaşlara qarşı tənqidlərdən daha yumşaq olduğu vurğulanır.
Nəşrin fikrincə, üç ölkənin yaxınlaşması təkcə Ukrayna və Avropa üçün deyil, Asiya üçün də təhlükə yaradacaq. Bu, Tayvan, Cənubi Koreya və Yaponiyaya təzyiqi artıra, regiondakı güc balansını dəyişəcək.
Bizim.Media




























































































