Xalq artisti Nazpəri Dostəliyeva ona pislik edənlərdən danışıb.
Bizim.Media xəbər verir ki, "Qonaqcanlı" verilişində qonaq olan sənətçi həmin şəxslərin kimliyini bildiyi halda onlara heç nə demədiyini söyləyib:
“Mənə pislik edənlər, zəhərləmək istəyənlər çox olub. Mən onların hamısının üstündən keçmişəm. Çünki məni Allah yaradıbsa, o da məni qoruyacaq. Yox, əgər onun yanında günahkaramsa, təkcə mənə verilən zəhərli çayla yox, düz getdiyim yolda da başıma bir iş gələ və ölə bilərəm. O insanların kim olduğunu bilmişəm. Amma onlara heç nə deməmişəm, üzlərinə vurmamışam. Rastlaşanda belə heç nə olmamış kimi davranmışam. Mən bağışlayıram, amma tanıyıram”. (axsam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
21:55 / 12.11.2026
“Məni zəhərləmək istəyənlərə heç nə olmamış kimi davrandım”
Hazırda oxunan: “Məni zəhərləmək istəyənlərə heç nə olmamış kimi davrandım”
Hazırda oxunan: “Məni zəhərləmək istəyənlərə heç nə olmamış kimi davrandım”
647420
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































