Məşhur avtomobil markası Almaniyada zavodlarını bağlaya bilər

Hazırda oxunan: Məşhur avtomobil markası Almaniyada zavodlarını bağlaya bilər

647442

Almaniyanın avtomobil nəhəngi “Mercedes-Benz” ölkədə istehsala yönələn yeni investisiyaları dayandırmaq qərarına gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, şirkət əməkhaqqı xərclərinin azaldılması ilə bağlı yaranan fikir ayrılıqları fonunda Almaniyadakı zavodlarını bağlamaq ehtimalını da nəzərdən keçirir.

Şirkət Almaniyadakı bəzi müəssisələrdə bir iş saatının dəyərinin Şərqi Avropadakı zavodlarla müqayisədə beş dəfə yüksək olduğunu bildirib.

Məlumata görə, rəhbərlik istehsalat şurası və həmkarlar ittifaqlarının nümayəndələri ilə əməkhaqqı xərclərinin azaldılması barədə razılığa gələ bilmədikdən sonra investisiyaları müvəqqəti dayandırmaq qərarına gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin