Muslera karyerasını başa vurur?

Hazırda oxunan: Muslera karyerasını başa vurur?

647405

“Qalatasaray”ın sabiq qapıçısı Fernando Muslera karyerasını başa vurmağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə “Espectador Deportes” məlumat yayıb.
 

40 yaşlı uruqvaylı qapıçının noyabrın 28-də “Estudiantes” və “Palmeyras” arasında keçiriləcək Libertadores Kubokunun finalından sonra futbolla vidalaşacağı bildirilir. Beləliklə, Musleranın 22 illik peşəkar karyerasına yekun vuracağı gözlənilir.


Xatırladaq ki, Muslera 2011-2025-ci illərdə “Qalatasaray”ın formasını geyinib. O, İstanbul klubunda 551 oyun keçirib və 19 titul qazanıb. Bunlara 8 Türkiyə çempionluğu, 6 Superkubok və 5 ölkə kuboku daxildir.

Qeyd edək ki, 2025-ci ildə “Qalatasaray”dan ayrılan Muslera hazırda Argentinanın “Estudiantes” klubunda çıxış edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin