Niderland millisinin sabiq futbolçusu Vesli Sneyder məşqçilik karyerasına başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “VI.nl” məlumat yayıb. O, ölkəsinin 9-cu liqasında çıxış edən “Eminent Boys”un baş məşqçisi olub.
Utrext təmsilçisində Sneyder qardaşı Rodni ilə birlikdə çalışacaq. Rodni komandanın futbolçusudur. Klub ötən mövsüm 10-cu liqanın qalibi olub. “Eminent Boys” bazar ertəsi baş məşqçi Mustafa Talha ilə yollarını ayırıb, Sneyder isə ertəsi gün komandanın məşqinə rəhbərlik edib. Hazırda komanda yarımqrupunda 5-ci pillədədir.
Qeyd edək ki, 2019-cu ildə karyerasını bitirən Sneyder “Real”, “İnter” və digər klublarda çıxış edib. O, Niderland millisində 134 oyun keçirib və 31 qol vurub.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:17 / 12.11.2026
Sneyder bu kluba baş məşqçi təyin olundu
Hazırda oxunan: Sneyder bu kluba baş məşqçi təyin olundu
Hazırda oxunan: Sneyder bu kluba baş məşqçi təyin olundu
647423
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































