PSJ-dən Arda Gülerə üçqat maaş təklifi

Hazırda oxunan: PSJ-dən Arda Gülerə üçqat maaş təklifi

647412

PSJ heyətini gücləndirmək üçün “Real”ın yarımmüdafiəçisi Arda Güleri transfer etməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
 

Bildirilir ki, Paris klubu 21 yaşlı futbolçuya illik 15 milyon avro maaş təklif etməyə hazırdır. Bu məbləğ türkiyəli oyunçunun hazırda “Real”da qazandığından üç dəfə çoxdur.


Qeyd edək ki, Arda Gülerin Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 100 milyon avro olaraq qiymətləndirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin