Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən 84 yaşlı kişinin meyiti tapıldı

Hazırda oxunan: Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən 84 yaşlı kişinin meyiti tapıldı

647415

Gəncədə itkin düşən 84 yaşlı kişinin meyiti tapılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, nəvəsinin andiçmə mərasiminə Gəncəyə gələn və artıq 2 gündür itkin düşmüş Astara rayon Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynovun meyiti Göygöl rayonunun Hacıməlik kəndində aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin