Afət Fərmanqızı ilə Dəniz Əsədovanın məhkəməsinin yeri dəyişdirildi

Hazırda oxunan: Afət Fərmanqızı ilə Dəniz Əsədovanın məhkəməsinin yeri dəyişdirildi

639206

Müğənni Dəniz Əsədovanın Rusiyada fəaliyyət göstərən həmkarı Afət Fərmanqızını xüsüsi ittiham qaydasında məhkəmədə icraata götürülmüş cinayət təqibi ilə bağlı ilk məhkəmə proses keçirilib.

Bizim.Media xəbər verir ki, Saatlı Rayon Məhkəməsində baş tutan proses zamanı tərəflərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəməyə təqdim olunan materiallar nəzərdən keçirilərkən qarşı tərəfin Tovuz rayonunda qeydiyyatda olduğu və ölkə ərazisində yaşamadığı üçün işin aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı qərar qəbul edilib.

 

Qeyd edək ki, müğənni Dəniz Əsədovanın həmkarı Afət Fərmanqızını xüsusi ittiham qaydasında məhkəməyə verilməsinə səbəb onun Dəniz Əsədovaya qarşı sosial şəbəkələr vasitəsilə təhqir və böhtanlara yol verməsidir.


Müğənninin iddiasına görə, Afət Fərmanqızı sosial şəbəkələrdə canlı yayım açaraq Dəniz Əsədova ilə yanaşı, onun azyaşlı övladlarına qarşı da təhqiramiz ifadələr işlədib. Buna görə müğənniyə dəfələrlə xəbərdarlıq olunsa da, o, əməllərini davam etdirib.

Qeyd edək ki, xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə Dəniz Əsədovanın şikayəti Saatlı Rayon Məhkəməsində icraata götürülmüşdü.

Onu da qeyd edək ki, bir müddət əvvəl Afət Fərmanqızı Xalq artisti Flora Kərimova və müğənni Vəfa Şərifova tərəfindən də eyni maddə ilə məhkəməyə verilmişdi. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin