Sankt-Peterburqda avtomobil partladıldı, polkovnik həlak oldu – Video

Hazırda oxunan: Sankt-Peterburqda avtomobil partladıldı, polkovnik həlak oldu – Video

647278

Rusiyanın Sankt-Peterburq şəhərində, Kolpino şosesində avtomobilin partlaması nəticəsində bir hərbçi həlak olub. İlkin məlumatlara görə, hücumun hədəfi Rusiya Silahlı Qüvvələrinin polkovniki ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “47news” nəşri məlumat yayıb.

Partlayış noyabrın 12-də səhər saatlarında Şuşarı qəsəbəsinin Slavyanka mikrorayonunda baş verib. Jurnalistlərin məlumatına görə, saat 07:30 radələrində Çin istehsalı olan avtomobildə polkovnik və ailə üzvü olub. Hərbçi hadisə yerində ölüb, digər şəxs isə xəstəxanaya yerləşdirilib.

Ehtimal olunur ki, partlayış sürücü mühərriki işə salıb hərəkətə başladıqdan dərhal sonra baş verib. Hadisə yerində fövqəladə xidmətlər çalışır.

Bu, son üç ay ərzində Sankt-Peterburqun həmin ərazisində baş verən ikinci oxşar hadisədir. Avqust ayında eyni Kolpino şosesində avtomobilin partlaması nəticəsində Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qoşunlarında xidmət edən polkovnik-leytenant həlak olmuş, həyat yoldaşı isə ağır xəsarət almışdı.

Rusiya İstintaq Komitəsi də Sankt-Peterburqun Slavyanka mikrorayonunda avtomobilin partlaması nəticəsində hərbçinin öldüyünü təsdiqləyib.

Bildirilib ki, avtomobil mühərrik işə salındıqdan dərhal sonra partlayıb, qalıqları isə onlarla metr məsafəyə səpələnib. Faktla bağlı cinayət işi açılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin