Meloninin avtomobilinə bomba yerləşdirilib? – Özündən açıqlama – Video

Hazırda oxunan: Meloninin avtomobilinə bomba yerləşdirilib? – Özündən açıqlama – Video

647265

İtaliyada təxminən 6 300 məktəbə bomba yerləşdirilməsi ilə bağlı anonim elektron məktublar göndərilib. Hədələrdən sonra yüzlərlə məktəbdə şagirdlər təxliyə edilib. Polis və bomba mütəxəssislərinin apardığı yoxlamalar zamanı partlayıcı maddə aşkarlanmayıb.

Məlum olub ki, təhdid məktublarında Baş nazir Corcia Meloninin avtomobilinin mühərrikinə də bomba yerləşdirildiyi iddia edilib. Məktubların Tayvanda yerləşən universitetlərdən birinin ələ keçirilmiş elektron hesabı vasitəsilə göndərildiyi müəyyənləşdirilib.

Bizim.Media xəbər verir ki, Meloni təhlükəsizlik və kəşfiyyat rəsmiləri ilə görüşdən sonra videomüraciətində bildirib ki, anonim məktubların ölkədə qorxu yaratmasına imkan verməyəcəklər.

“Bunu edənlər hərəkətsiz və qorxuya qapılmış bir ölkə istəyirdilər. Onların qarşısında sabah oyanıb uşaqlarını məktəbə aparan və işə gedən bir ölkə görəcəklər”, – deyə baş nazir vurğulayıb.

Oxşar bomba hədələrinin İrlandiya, Şimali İrlandiya və Şotlandiyadakı məktəblərə də göndərildiyi bildirilir. İlkin araşdırmalara görə, bu təhdidlərin real olmadığı qiymətləndirilir. Təhdidlərin arxasında duran şəxslər hələ müəyyən edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin