Məktəbdə mübahisə bıçaqlı davaya çevrildi: Bir şagird yaralandı - Video

Hazırda oxunan: Məktəbdə mübahisə bıçaqlı davaya çevrildi: Bir şagird yaralandı - Video

647287

Türkiyənin İstanbul şəhərinin Pendik rayonunda məktəblilər arasında yaranan mübahisə bıçaqlı davaya çevrilib. Hadisə nəticəsində bir şagird yaralanıb, 4 nəfər saxlanılıb.

Bizim.Media haberler.com nəşrinə istinadən xəbər verir ki, Hezarfen Peşə və Texniki Anadolu Liseyinin şagirdləri arasında başlayan mübahisə dərsdən sonra məktəbdən təxminən 500 metr aralıda davaya çevrilib. G.Ç. adlı şagird qabırğasından və əlindən bıçaq xəsarətləri alıb.

Yaralı şagird kömək istəmək üçün məktəbin həyətinə sığınıb. O, xəstəxanaya çatdırılıb və müalicədən sonra evə buraxılıb.

Polis hadisə ilə əlaqədar 14-17 yaşlarında olan dörd şübhəlini saxlayıb, həmçinin davada istifadə edilən bıçaqları götürüb. Hadisə ilə bağlı araşdırma davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin