Muzdla çalışan işçilərin sayı açıqlandı - Foto

Hazırda oxunan: Muzdla çalışan işçilərin sayı açıqlandı - Foto

647284

Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 790.8 min nəfər təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Qeyd olunub ki, muzdla çalışanların 836.8 min nəfəri dövlət, 954 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

İşçilərin iqtisadi fəaliyyət sahələri üzrə bölgüsünə gəlincə, onların 18.7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 17.6 faizi təhsil, 13.9 faizi sənaye, 8.6 faizi səhiyyə və sosial xidmətlər, 6.9 faizi tikinti sahəsində çalışıblar.

Bundan başqa, muzdla işləyənlərin 6.1 faizi dövlət idarəetməsi və müdafiə, 4.4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4 faizi peşə, elmi və texniki fəaliyyət, 2.5 faizi maliyyə və sığorta, 2.3 faizi isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinin payına düşüb.

İşçilərin 15 faizi iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərib.

Məlumata əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 172.7 manat olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.8 faiz artıb.

Muzdla çalışan işçilərin sayı açıqlandı - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin