ABŞ-nin müdafiə naziri Pit Heqset Vircinya ştatında Veteranlar Günü ilə bağlı təşkil olunan anım tədbirindən sonra Arlinqton Milli Qəbiristanlığında müəyyən edilmiş davranış qaydalarına əməl etmədiyi üçün mühafizəçilər tərəfindən xəbərdar edilib.
Bizim.Media xəbər verir ki, “Naməlum əsgər” abidəsi önündə xatirə fotosu çəkdirən nazir və onu müşayiət edən nümayəndə heyəti ərazidən uzaqlaşarkən ucadan danışaraq gülməyə başlayıblar.
Bu vaxt abidənin keşiyini çəkən fəxri qarovul əsgəri yaranan səs-küyə sərt reaksiya verib.
Mühafizəçi yüksək səslə “Bütün ziyarətçilər hər zaman sükut və hörmət mühitini qorumalıdırlar” deyə onları xəbərdar edib.
Sosial şəbəkələrdə qısa zamanda geniş yayılan bu görüntülər ciddi müzakirələrə səbəb olub. İstifadəçilər hərbi abidənin önündə sərgilənən bu cür münasibətə görə müdafiə nazirini kəskin tənqid atəşinə tutublar.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:04 / 12.11.2026
Mühafizəçi nazirə sərt xəbərdarlıq etdi, gündəm oldu - Video
Hazırda oxunan: Mühafizəçi nazirə sərt xəbərdarlıq etdi, gündəm oldu - Video
Hazırda oxunan: Mühafizəçi nazirə sərt xəbərdarlıq etdi, gündəm oldu - Video
647266
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































