Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda HABAŞ Dəmir-Polad zavodunda 18 işçinin ölümü ilə nəticələnən partlayışla bağlı istintaq çərçivəsində saxlanılan 11 şübhəlidən 9-u həbs edilib.
Bizim.Media xəbər verir ki, zavodun İdarə Heyətinin sədri Mehmet Rüştü Başaran da daxil olmaqla iki nəfər barəsində isə ev dustaqlığı qərarı verilib.
İlkin araşdırmalara görə, noyabrın 9-da baş verən partlayış maye poladın tökülməsi zamanı tavan kranının qırılaraq elektrik sobasının üzərinə düşməsi nəticəsində baş verib. Ardınca zavodda yanğın başlayıb.
Hadisə nəticəsində əvvəlcə 17 işçinin öldüyü, 15 nəfərin yaralandığı bildirilmişdi. Noyabrın 11-də yaralı işçilərdən Abdullah Kılıncın da xəstəxanada vəfat etməsi ilə ölənlərin sayı 18-ə çatıb. Partlayışın dəqiq səbəblərinin və mümkün səhlənkarlıq hallarının müəyyənləşdirilməsi istiqamətində araşdırma davam edir.
Bizim.Media

- A-
- A
- A+
Region
09:18 / 12.11.2026
Türkiyədə 18 nəfərin ölümünə görə 9 nəfər həbs edildi – Video
Hazırda oxunan: Türkiyədə 18 nəfərin ölümünə görə 9 nəfər həbs edildi – Video
Hazırda oxunan: Türkiyədə 18 nəfərin ölümünə görə 9 nəfər həbs edildi – Video
647269
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































