Dünya əmtəə bazarında neft qiymətlərində eniş qeydə alınıb.
Bizim.Media xəbər verir ki, noyabrın 11-də ICE London birjasında “Brent” markalı neftin 2027-ci ilin yanvar fyuçerslərinin qiyməti 1,52 ABŞ dolları və ya 1,64% azalaraq bir barel üçün 91,24 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti isə 1,29 ABŞ dolları və ya 1,49% geriləyərək bir barel üçün 85,24 ABŞ dollarına enib.
Analitiklərin qiymətləndirmələrinə görə, neftin ucuzlaşmasına Yaxın Şərqdə hərbi gərginliyin azalacağına dair gözləntilər, ABŞ və İran arasında qarşıdurmanın genişlənməsi riskinin zəifləməsi, eləcə də qlobal neft təklifinin artması təsir göstərib.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
09:32 / 12.11.2026
Dünya bazarlarında neft ucuzlaşdı
Hazırda oxunan: Dünya bazarlarında neft ucuzlaşdı
Hazırda oxunan: Dünya bazarlarında neft ucuzlaşdı
647273
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































