Arda Gülər üçün 800 milyon avroluq plan hazırlanır

Hazırda oxunan: Arda Gülər üçün 800 milyon avroluq plan hazırlanır

647274

“Real Madrid” Türkiyə millisinin futbolçusu Arda Güləri uzun müddət komandada saxlamaq üçün onun müqaviləsini 2035-ci ilədək uzatmağı və sərbəstqalma məbləğini 800 milyon avroya çatdırmağı nəzərdən keçirir.

Bizim.Media İspaniyanın “Bernabeu Digital” nəşrinə istinadən xəbər verir ki, yeni müqavilə futbolçunun maaşının artırılmasını da nəzərdə tutur.

Bildirilir ki, PSJ və “Bavariya”nın Arda Gülərə maraq göstərməsi Madrid klubunu müqaviləni vaxtından əvvəl yeniləmək variantını nəzərdən keçirməyə vadar edib.

Bununla belə, tərəflər arasında hələlik rəsmi razılaşma yoxdur və futbolçuya yeni müqavilə təklifi təqdim edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin