Sonuncu evini də satdı, doğma şəhərindən qaçır – FOTO

Hazırda oxunan: Sonuncu evini də satdı, doğma şəhərindən qaçır – FOTO

639177

Bir vaxtlar pərəstişkarlarının adlarını birləşdirərək onlara verdiyi “Brangelina” ləqəbli məşhur cütlük Ancelina Coli və Bred Pitt romantik münasibətləri bitdikdən və ayrı-ayrı yollarla getdikdən sonra qatı düşmənlərə çevrildilər.
 
Bizim.Media xəbər verir ki, 2014-cü ildə evlənən və 2016-cı ildə ayrılan cütlük boşanma prosesinə 2024-cü ilin dekabr ayında yekun vurub. Lakin Fransada qəsrlərinin və üzüm bağlarının bölünməsi ilə bağlı məhkəmə prosesi hələ də davam edir.


 Bred Pitt 3 ildir birlikdə olduğu İnes de Ramonla münasibətlərini davam etdirir, Ancelina Coli isə uzun müddətdir subaydır. Ayrılıqdan sonra altı uşağını - üçü övladlığa götürülmüş, üçü isə bioloji - özü ilə yaşamağa aparan Coli əhəmiyyətli filmlərdə rol almağa davam edərək özünü onlara həsr edib.
 
Karyerasının əvvəlindən bəri dünyanı gəzən, müharibə və yoxsulluqdan əziyyət çəkən ölkələrə baş çəkən və sülh səfiri kimi fəaliyyət göstərən A. Coli uşaqlarını bu ölkələrdən övladlığa götürüb.


 Uzun müddətdir ki, məşhur aktrisanın Bred Pittlə məhkəmə çəkişməsindən çox yorğun və bezmiş olduğu, həyatını ABŞ-dan kənarda, tez-tez ziyarət etdiyi və çox sevdiyi ölkələrdən birində davam etdirmək istədiyi barədə şayiələr yayılır.

Artıq Nyu-Yorkdakı mənzilini satmış Coli nəhayət, satışa çıxardığı və bir müddətdir alıcı gözlədiyi son əmlakını, Kaliforniyanın Los Feliz şəhərindəki malikanəsini 24,75 milyon dollara satıb. Bu satış Colinin ABŞ-ı tərk etmək planının son mərhələsi olacaq.


Uşaqları artıq böyüyüb və bir-bir evdən çıxan məşhur aktrisa uzaq bir diyarda özü üçün yeni bir həyata başlamağa hazırdır.

Aktrisa bu geniş mülkü 2017-ci ildə Bred Pittdən ayrıldıqdan sonra təxminən eyni qiymətə (24,5 milyon dollar) alıb. Evini 30 milyon dollara satışa çıxaran Coli artıq gözləmək istəmədiyi üçün qiyməti xeyli azaltmaq məcburiyyətində qalıb.


Əvvəllər əfsanəvi rejissor Sesil B. DeMillə məxsus olan təxminən 1000 kvadrat metrlik evdə altı yataq otağı və on vanna otağı var. Hollivud ulduzu evi may ayında təxminən 30 milyon dollara satışa çıxarıb və beş aydan sonra alıcı tapıb.

1913-cü ildə tikilmiş ev təxminən 8 akr ərazidə yerləşir və ətrafdakı Hollivud Təpələrinin və Qriffit Rəsədxanasının mənzərələrini təqdim edir. Daxili hissədə bağ evi tipli mətbəx, müxtəlif yaşayış sahələri və kitabxana otağı var.

Evdə çay evi, şərab otağı, idman zalı və paltar otağı da var. Həyətyanı yaşıl çəmənliklər isti havada təravətləndirici bir istirahət yeri təmin edən böyük bir üzgüçülük hovuzuna aparır. Mülkün özü hündür bitkilər və ağaclarla əhatə olunub.


Colinin evini satmaq qərarı uşaqlarının evdən getdiyi və növbəti addımlarının bəlli olduğu bir dövrə təsadüf edir. Ona yaxın mənbələr məşhur aktrisanın Los-Ancelesdən ayrılmağı planlaşdırdığını, lakin hələ yeni bir ev barədə qərar vermədiyini bildirirlər. Məlumata görə, aktrisa yeni həyatını dünyanın müxtəlif yerlərində, o cümlədən evinin olduğu Kambocada qurmağa başlayacaq.


Coli əvvəllər "The Hollywood Reporter"ə verdiyi müsahibədə bir gün Los-Ancelesi tərk edəcəyi ilə bağlı şayiələri alovlandırmışdı. O həmin vaxt "Mən bu şəhərdə böyümüşəm. Boşanma prosesi səbəbindən burada qalmalıyam, amma uşaqlar 18 yaşına çatan kimi gedə bilərəm" sözlərini demişdi.

"Böyük bir ailəniz olanda, onların şəxsi həyatını, dincliyini və təhlükəsizliyini istəyirsiniz. İndi uşaqlarımı böyütmək üçün bir evim var, amma bəzən... dünyanın hər yerində gördüyüm insani vəziyyət burada böyüdüyümdən çox fərqli olur" – deyə sənətçi açıqlama vermişdi.


Bu ayın əvvəlində Coli və Pittin oğlu Meddoks atasının soyadından imtina edib. 25 yaşlı Meddoks kiçik bacısı 20 yaşlı Şilohun yolunu davam etdirərək Pitt soyadını qanuni olaraq adından çıxarıb. 

Bu arada, 21 yaşlı Zahara və 18 yaşlı əkizləri Vivienne və Knox da atalarının soyadını qeyri-rəsmi şəkildə istifadə etməyi dayandırıblar və bu dəyişikliyi qanuniləşdirməyi planlaşdırırlar.



Qeyd edək ki, Coli və Pitt 12 illik münasibət və iki illik evlilikdən sonra 2016-cı ildə ayrılıblar. Boşanma prosesi rəsmi olaraq səkkiz il sonra, 2024-cü ilin dekabrında başa çatıb.

Bir-biri ilə mübahisə edən keçmiş cütlük birgə sahib olduqları Fransa şərab zavodu olan “Chateau Miraval” üzərindəki mübahisədən qaynaqlanan hüquqi mübarizə aparır.


Pitt iddia edir ki, Coli səhmlərini rusiyalı milyarder Yuri Şeflerə xəbər vermədən satıb və bununla da bir-birinin xəbəri olmadan səhm satmamaq barədə razılaşmanı pozub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin