Tanınmış rusiyalı reper Ciqan Moskva vilayətindəki evində çalışan işçilərini girov götürdükdən sonra onlara atış açıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə iyulun 3-dən 4-ə keçən gecə, uşaqlarının gözü qarşısında baş verib.
Məlumata görə, Ciqan həmin vaxt özündə olmayıb. O, "Sayqa-9" karabini ilə silahlanaraq "Rambo" tərzində geyinib və işçiləri qonaq otağına çağırıb. O, işçiləri müxtəlif cinayətlərdə ittiham edərək həyatları müqabilində günahlarını etiraf etmələrini tələb edib. Həmin vəziyyətin təsiri altında o, ətrafındakı hər kəsin onu öldürmək istəyən düşmən olduğuna və buna görə də qabaqlayıcı tədbir görməli olduğuna qərar verib.
Ciqan mühafizəçilərdən birini pedofiliyada ittiham edib. O, silahı həmin şəxsin başına dirəyərək onu uşaqlara təcavüz etdiyini etiraf etməyə məcbur edib və həmin adama qaçmağa cəhd etmək üçün beş saniyə vaxt verib. Vaxtı sayıb bitirdikdən sonra mühafizəçiyə atəş açaraq onu qolundan və ayağından yaralayıb. O, digərlərini xəyanətdə, məlumat sızdırmaqda, millətçilikdə və buna bənzər əməllərdə ittiham edib. Sonra isə onlara qaçmaq şansı verib və atəş açıb.
Təxminən on saat davam edən bu müddət ərzində Ciqanın uşaqları şkaflarda gizlənərək baş verən hər şey barədə analarını məlumatlandırıblar. Atışma səsini eşidən qonşular polisə, yaşayış kompleksinin mühafizə xidmətinə və Ciqanın dostlarına xəbər veriblər. Lakin reper təslim olmayıb və onu sakitləşdirməyə çalışan hər kəsə hücum edib. Giriş-çıxış məntəqəsindəki mühafizəçilər silahsız olduqları üçün evə basqın etməyə cəsarət etməyiblər. Yerli sakinlərin sözlərinə görə, hadisə tez bir zamanda ört-basdır edilib.
Nəhayət, gələn şəxslər birgə səylərlə Ciqanı sakitləşdirə biliblər. Daha sonra o, məcburi qaydada İsrailin ən bahalı reabilitasiya mərkəzlərindən birinə göndərilib və hazırda da orada qalır. Milandan təcili olaraq Moskvaya qayıdan həyat yoldaşı Oksana Samoylova uşaqları öz himayəsinə götürüb. O, gələn kimi həm özünün, həm də uşaqlarının təhlükəsizliyi ilə bağlı narahatlıq səbəbindən mühafizəçilərinin sayını artırıb.
Qeyd edək ki, 2012-ci ilin dekabr ayında ailə həyatı quran Ciqan və Oksana Samoylova bu ilin aprel ayında boşanıblar. Onların üç qızı (Ariela, Leya, Maya) və bir oğlu (David) var.




Bizim.Media





























































































