"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fotolar

Hazırda oxunan: "Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fotolar

638117

Rəqqasə Fatimə Fətəliyevanın oğlu Hüseynin 15 yaşı tamam olub.

Bizim.Media xəbər verir ki, rəqqasə sosial şəbəkə hesabında paylaşım edərək oğlunu təbrik edib:

"Canım oğlum, mənim əziz balam. Bu gün sən 15 yaşını tamamladın. Zaman necə də tez keçir… Səni ilk dəfə qucağıma aldığım gün sanki dünən idi. Bu gün isə qarşımda böyüyən, arzuları, xəyalları olan gözəl bir oğlan görürəm.

Sən mənim üçün sadəcə övladım deyil, həyatımın ən böyük dəyərlərindən, ən gözəl dualarımdan birisən. Allah səni hər zaman qorusun, yolunu açıq, bəxtini gözəl, qəlbini təmiz etsin. Qarşına çıxan bütün yollar səni xoşbəxtliyə, uğura və gözəl gələcəyə aparsın.

İnşallah, həyatda elə gözəl yerlərə gəlib çıxarsan ki, bu gün sənin üçün etdiyim bütün duaların gerçək olduğunu görüb qürur duyum. Hər zaman mərd, vicdanlı, yaxşı ürəkli və güclü insan ol.

Oğlum, həyatında nə olursa-olsun, unutma ki, ananın duası həmişə səninlədir. Mən səni hər yaşında, hər halında, hər zaman sevəcəyəm. Sənin xoşbəxtliyin mənim ən böyük xoşbəxtliyimdir.

15 yaşın mübarək, mənim dəyərli oğlum! Allah sənə uzun ömür, can sağlığı, bol ruzi, uğur və gözəl bir tale nəsib etsin. Həmişə üzün gülsün, yolun işıqlı olsun. Səninlə fəxr edən anan var. Səni çox sevirəm, mənim əziz oğlum".

Qeyd edək ki, rəqqasənin Aydan adlı bir qız da var. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin