Tanınmış britaniyalı jurnalist Pirs Morqan son qalmaqaldan sonra müğənni Ed Şiranı kəskin tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə “The İndependent” nəşri yazır.
Nəşrin yazdığına görə, Ed Şiran Fələstinlə bağlı mövqeyinə görə üzr istəsə də, ard-arda ikinci dəfə boykot olunub.
Sentyabrın 19-da müğənni və bəstəkar, reper Maklemor (Macklemore) Fələstin tərəfdarı olan şərhlərinə görə Şiranı turnesindən qovduğunu elan etdikdən sonra ilk dəfə səhnəyə çıxıb. Bu hadisədən sonra turun digər iştirakçıları Şiranla eyni səhnəni paylaşmaqdan imtina ediblər və ifaçı konsertlərin ləğv edilməsində təşkilatçıları günahlandırıb.
Yeni konsertindən əvvəl Ed Şiran pərəstişkarlarına müraciət edərək üzrxahlıq edib.
“Mən çətin qərarlar qəbul etməli olurdum və səhvlərə yol verirdim. Çox, həm də çox təəssüf edirəm. Pərəstişkarlarımı məyus etmək istəmirəm və artıq bu barədə hisslərimi gizlədə bilmərəm. Oktyabrın 7-də İsraildə və musiqi festivalında baş verənlər dəhşətli idi və yəhudilərin çoxəsrlik ağrılarını daha da kəskinləşdirdi”, – deyə o bildirib.
Şiran eyni zamanda Qəzzadakı münaqişəni “fəlakətli, əsassız və qeyri-mütənasib” adlandırıb ki, buna görə də o, artıq sosial şəbəkələrdə lağa qoyulub. Pirs Morqan da bu tənqidlərə qoşulub. Sənətçinin sözlərinə reaksiya verən Morqan Şiranı telesuflerden oxuyan “qorxudulmuş oyuncağa” bənzədib.
“Kaş ki, o, kütlənin ardınca getməyəydi və xüsusilə də telesuflerden oxuyaraq ictimaiyyət qarşısında çıxış etmək məcburiyyətində hiss etməyəydi. Onun daha yaxşı məsləhətçilərə ehtiyacı var”, – deyə o qeyd edib.
Bizim.Media



































































































