"Doktorlar"ın “Ela” və “Levent”i 18 ildən sonra bir arada: "Qisas alındı" – VİDEO

Hazırda oxunan: "Doktorlar"ın “Ela” və “Levent”i 18 ildən sonra bir arada: "Qisas alındı" – VİDEO

637885

2006-2010-cu illər arasında Türkiyədə yayımlanan "Doktorlar" serialında “Ela” və “Levent” obrazlarını canlandıran Yasemin Ergene və Kutsi 18 ildən sonra "Tuzlu Kahve" serialında yenidən bir araya gəliblər. Kutsinin qonaq aktyor kimi yer aldığı 4-cü bölümün görüntüləri "18 ildən sonra alınan qisas" başlığı ilə paylaşılıb və ikisinin yenidən bir araya gəlməsi sosial mediada diqqət çəkib.
 
Bizim.Media xəbər verir ki, Star TV-də yayımlanan "Tuzlu Kahve"nin dördüncü bölümündə “Elit” obrazını canlandıran Yasemin Ergene ilə birlikdə 22 sentyabr çərşənbə axşamı günü yayımlanacaq bölümdə Kutsi də rol alacaq.
 

Kutsinin qonaq ulduz kimi yer aldığı seriyanın treylerində onun Yasemin Ergene ilə qarşılaşdığı səhnələr yer alıb. Unudulmaz cütlüyün illər sonra fərqli bir layihədə yenidən bir araya gəlməsi izləyicilərin marağına səbəb olub.


Kanalın sosial media hesabında paylaşılan videoya "18 ildən sonra alınan qisas" başlığı verilib. Paylaşım tez bir zamanda çoxsaylı şərhlər toplayıb.

Treylerdəki yayımlanan hissə "Doktorlar" serialının ən çox müzakirə olunan səhnələrindən birinə aiddir. Belə ki, 66-cı seriyada “Ela” və “Levent”in baş tutmağa hazırlaşan toyu gözlənilmədən yarımçıq qalıb.
 

“Levent” “Ela”nın ondan gizlətdiyi bir şey üzündən mərasim günü toyu tərk edib və “Ela”nı gəlinlik paltarında tək qoyub. Bu səhnə serialın ən yaddaqalan anlarından biri olmuşdu.


18 ildən sonra Yasemin Ergene və Kutsinin "Tuzlu Kahve"də yenidən görüşməsi köhnə serialdakı toy səhnəsini yenidən diqqət mərkəzinə gətirib. Yeni seriyanın treylerindəki hissə sosial mediada "Doktorlar"ın keçmiş pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin