Türkiyədə narkotik istintaqı çərçivəsində saxlanılan aktrisa Melis Sezenin ifadəsi yayılıb.
Bizim.Media xəbər verir ki, o, ifadəsində orta aylıq gəlirinin 400.000 TL (təxminən 13 934 – 13 983 manat) olduğunu da bildirib.
"Həyatımda heç vaxt narkotik istifadə etməmişəm" deyən Melis Sezen aylıq gəliri ilə diqqət çəkib:
"Narkotik və ya qadağan edilmiş maddələr satdığı bilinən heç kimlə əlaqə saxlamamışam. Vasitəçi kimi çıxış etməmişəm və heç kimə pul köçürməmişəm. İşlə bağlı tədbirlərdən başqa, gecə həyatım olmadığı üçün əyləncələr və ya oxşar tədbirlər təşkil etmirəm. Narkotik istifadə etmirəm, gecə həyatım demək olar ki, yoxdur, ona görə də belə yerlərə dəvət olunacaq, dəvət olunsa belə, bu kimi yerlərə qatılacaq biri deyiləm. Buna görə də belə bir vəziyyətin şahidi olmamışam.
Həyatımda heç vaxt narkotik istifadə etməmişəm. Heç kimə narkotik təklif etməmişəm. Bu şikayət tamamilə əsassızdır, mənə qarşı şikayəti dəstəkləyən heç bir konkret dəlil yoxdur.
İstənilən qan/saç nümunəsini təqdim etməyə hazıram, testimin mənfi çıxacağına tamamilə əminəm. Həm istifadə etməyim, həm də narkotik təklif etməyimlə bağlı şikayətin məzmunu tamamilə əsassızdır. Narkotiki nə vaxt, kimə, necə və ya harada istifadə etdiyim barədə heç bir məlumat tapmaq mümkün deyil, çünki nə istifadə etmişəm, nə də təklif etmişəm.
Mən ailəmlə yaşayan biriyəm. Ya çəkiliş meydançasında ya evdə, ya da işdə oluram. Güclü ailə bağlarımız olan bir ailəmiz var.
Uzun illərdir anam və qardaşımla yaşayıram. Narkotiklərlə heç bir əlaqəsi olmayan biri haqqında belə bir xəbər yaymaq sırf şəxsiyyətə sui-qəsd məqsədi daşıyır".
Qeyd edək ki, "Sadakatsız" serialındakı rolu ilə yadda qalan və son dövrlərin ən məşhur aktrisalarından biri olan Melis Sezen ötən həftə narkotik istintaqı çərçivəsində saxlanılıb və ifadəsini verdikdən sonra sərbəst buraxılıb.
Bizim.Media


































































































