Türkiyədə məşhurlara qarşı daha bir ƏMƏLİYYAT: 18 nəfər TUTULDU – FOTO/VİDEO

Hazırda oxunan: Türkiyədə məşhurlara qarşı daha bir ƏMƏLİYYAT: 18 nəfər TUTULDU – FOTO/VİDEO

637321

Türkiyədə məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib.
 
Bizim.Media xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən keçirilən əməliyyat zamanı aktyor Aras Bulut İynemli, reper Sefo və keçmiş futbolçu Hasan Şaş da daxil olmaqla 18 nəfər haqqında həbs qərarı verilib. Onlardan 15-i tanınmış şəxslərdir.
 

Prokurorluq ictimaiyyət tərəfindən aktyor, müğənni, iş adamı, sahibkar və sosial media təsirçiləri kimi tanınan şübhəlilərin narkotik və stimullaşdırıcı maddələrdən istifadə etdikləri, narkotik istifadəsinə kömək etdikləri və ya narkotik istifadəsi üçün yerlər təmin etdikləri barədə ağlabatan şübhəni dəstəkləyən dəlillər əldə etdiyini açıqlayıb.


Saxlanılan şübhəlilərin evlərində axtarış aparılacaq, daha sonra onların ifadələri alınacaq, qan və saç nümunələri götürüləcək.
 
Saxlanılan məşhurların adları aşağıdakılardır:

Aktyor Aras Bulut İynemli
 
Repper Sefo (Seyfullah Sağır)
 
Aktrisa Melis Sezen
 
Aktrisa Nilperi Şahinkaya
 
Müğənni Hande Demir
 
Keçmiş futbolçu Həsən Şaş
 
Sosial media fenomeni Melis İşiten
 
Müğənni Anıl Durmuş
 
Aktrisa Hazal Filiz Küçükköse
 
Eda Güzelkic
 
Sezer Çakır
 
Yeliz Yeşilçimen
 
Volkan Akçıray
 
Zeynep Akçıray
 
Sayat Zurnacı










Melisa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin