Rusiyada yaşayan azərbaycanlı müğənni Coni (JONY - Cahid Hüseynli) ətrafında növbəti müəmmalı vəziyyət yaranıb.
Bizim.Media xəbər verir ki, internetdə onun guya pasportunun əks olunduğu foto yayılıb.
Şəkildə sənətçinin adının Massimo Torriçelli göstərilməsi pərəstişkarlar arasında müxtəlif şayiələrə səbəb olub.
Görüntüdən belə nəticəyə gəlmək olar ki, bu, əsl pasportdan daha çox "Photoshop" vasitəsilə düzəldilmiş montajdır. Buna görə də Coninin həqiqətən adını dəyişdiyini söyləmək üçün hələlik heç bir əsas yoxdur. "Massimo Torriçelli" adı hələlik yalnız internetdə yayılan şəkildən ibarətdir.
Lakin azarkeşlər bu adın məhz nə üçün seçildiyini müzakirə edirlər. Bəzi pərəstişkarlar ehtimal edirlər ki, bu, sadəcə zarafat və ya montaj deyil, ifaçının gələcək layihəsinin anonsu – tizeri ola bilər.

Bizim.Media































































































