Aparıcı Vüsalə Əlizadə Xəzər TV-dən ayrılması ilə bağlı yayılan iddialara reaksiya verib.
Bizim.Media xəbər verir ki, aparıcı Xəzər TV-nin binasının görüntüsünü paylaşaraq sözügedən xəbərlərə münasibət bildirib.
O, paylaşımı ilə yeni mövsümdə də Xəzər TV-də fəaliyyətini davam etdirəcəyini nümayiş etdirib.
Qeyd edək ki, kanalın yeni mövsüm anonsları arasında Vüsalə Əlizadənin yer almaması onun Xəzər TV-dən ayrılması ilə bağlı iddiaların yayılmasına səbəb olmuşdu. İddialar arasında aparıcıya ARB TV-dən təklif gəldiyi də yer alırdı.
Vüsalə Əlizadə bir neçə ildir Xəzər TV-də yayımlanan “İncə səhər” proqramına aparıcılıq edirdi.
O, ötən mövsüm səhhəti ilə əlaqədar səhər efirində fəaliyyətini dayandırdığını açıqlamışdı. (axşam.az)

Bizim.Media

- A-
- A
- A+
Şoutaym
14:31 / 17.09.2026
Vüsalədən Xəzər TV-dən getməsi iddialarına reaksiya -Foto
Hazırda oxunan: Vüsalədən Xəzər TV-dən getməsi iddialarına reaksiya -Foto
Hazırda oxunan: Vüsalədən Xəzər TV-dən getməsi iddialarına reaksiya -Foto
637199
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































