Aparıcı Aytən Səfərova kart köçürmələrinə tətbiq olunan limitlərdən narazılığını ifadə edib.
Bizim.Media xəbər verir ki, aparıcı bu barədə “Xəbər ertəsi” proqramında danışıb.
O, nağdsız ödənişlərin genişləndirildiyi bir vaxtda insanların kartdan istifadə zamanı çətinliklərlə üzləşdiyini bildirib:
“İnsanlar əziyyət çəkir. Niyə və kim edib bunu? Taksi ilə gedirsən, rəqəmsallaş deyirik. Rəqəmsallaşma gedir və kifayət qədər irəliləyiş var. Amma heç kim nəğd pul işlətmir. Taksi sürücüsü bankomat axtarır ki, sərnişin pul çıxarsın. Hamımız pulu kartda saxlayırıq. İnsanlar niyə əziyyət çəkməlidir? Mən də əziyyət çəkirəm. Qərar vermək asandır. Amma nə ehtiyac var? Terminala 100 manat salırsan, 99 manat yüklənir, 1 manat gedir”. (axşam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
18:14 / 16.09.2026
"Camaat əziyyət çəkir, karta limiti kim qoyub?" - VİDEO
Hazırda oxunan: "Camaat əziyyət çəkir, karta limiti kim qoyub?" - VİDEO
Hazırda oxunan: "Camaat əziyyət çəkir, karta limiti kim qoyub?" - VİDEO
637029
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































