“2 milyonum olsaydı, toyda oxumazdım”

Hazırda oxunan: “2 milyonum olsaydı, toyda oxumazdım”

636844

Əməkdar artist Gülüstan Əliyeva və müğənni Eldəniz Məmmədov “Xəzər axşamı” verilişində qonaq olublar.

Bizim.Media xəbər verir ki, sənətçilər proqram zamanı onlara ünvanlanan “2 milyon manatınız olsaydı, nə edərdiniz?” sualını cavablandırıblar.

Eldəniz Məmmədov bildirib ki, pulun yarısını Qarabağın bərpasına sərf edərdi:

“İki milyon manatım olsaydı, 1 milyon manatını Qarabağımızın bərpasına xərcləyərdim. Bina tikdirərdim, yaddaşlarda qalan bir iş görərdim. Maşallah olsun, dövlətimiz tərəfindən böyük quruculuq işləri gedir. Amma mən də öz adımdan bir hədiyyə edərdim. Qalan 1 milyon manatla da yaşayardım. Toya getməzdim, iş görərdim, sənətimə xərcləyərdim”.

Gülüstan Əliyeva isə Qarabağda məktəb və park saldırmaq istədiyini deyib:

“Mən də Qarabağda bir məktəb tikdirərdim, “Gülüstan” parkı salardım. Dədə-baba kəndimizə asfalt çəkdirərdim. Geridə qalan pula isə mahnılar yazdırardım, dünya səviyyəsində konsertlər verərdim. İmkan olduqca daha çox ideyalar gəlir”. (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin