Yeşilçamın ən məşhur filmlərindən olan "Şabanoğlu Şaban" uzun illər sonra yenidən tamaşaçı qarşısına çıxmağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, filmin davamında mərhum aktyor Kemal Sunalın yaratdığı unudulmaz "Şaban" obrazını onun oğlu Ali Sunal canlandıracaq.
Məlumata görə, ekran əsərinin çəkilişlərinə sentyabrın sonunda başlanılması planlaşdırılır.
Qeyd edək ki, Kemal Sunalın 1977-ci ildə canlandırdığı "Şaban" obrazı türk kinosunun ən yadda qalan personajlarından biridir. Rejissor Ertem Eğilmezin "Şabanoğlu Şaban" filmində Kemal Sunalla yanaşı, Şener Şen və Halit Akçatepe kimi tanınmış aktyorlar da rol alıb. (milli.Az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
12:16 / 11.09.2026
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
Hazırda oxunan: Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
Hazırda oxunan: Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
636040
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































