Bir neçə ay əvvəl Türkiyəli müğənni Yıldız Tilbe azərbaycanlı müğənni Vəfa Şərifovaya qarşı hüquqi addımlar atacağı ilə bağlı sosial şəbəkədə paylaşım etmişdi. Bunun səbəbi isə V. Şərifovanın açıqlamasında Yıldız Tilbe ilə duet ifa etmək üçün 100 min ABŞ dolları ödədiyini, ancaq Tilbenin pulu aldığı halda duetdən imtina etdiyini deməsi idi.
Maraqlıdır ki, bu müddət ərzində hüquqi proses nə yerdə qalıb? Tərəflər arasında məhkəmə prosesi baş tutub?
MÖVZU İLƏ BAĞLI:
Yıldız Tilbenin məhkəməyə verdiyi Vəfadan AÇIQLAMA - "Üzr istəmərəm" - VİDEO
Vəfa Şərifovanın prodüseri Mikayıl Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, heç bir məhkəmə prosesi olmayıb və bu mövzuyla bağlı ətraflı danışmaq istəmir.
“Məhkəməyə müraciət olunmayıb. Bu barədə də ətraflı məlumat vermək istəmirəm. Hər şey qaydasındadır. Tərəflər arasında danışıq olub, razılığa gəlinib. Heç bir problem yoxdur, məhkəmə söhbəti ola bilməz. “Yıldız Tilbe söhbəti” ümumiyyətlə, kökündən bağlanıb” - deyə Mikayıl Hüseynov bildirib.
Nəzrin Mirzəyeva, Bizim.Media




































































































