Qulluqçularla davranışına görə tənqid edildi:"Təkəbbürlü və kobud"

Hazırda oxunan: Qulluqçularla davranışına görə tənqid edildi:"Təkəbbürlü və kobud"

633321

Susseks hersoginyası Meqan Markl ABŞ-da ev işçiləri ilə kobud davrandığı iddiasına görə tənqid olunub.

Bizim.Media xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.

Nəşrin mənbəsinin sözlərinə görə, Meqan Marklın yerli ev işçiləri arasındakı reputasiyası zaman keçdikcə “zarafat mövzusuna” çevrilib.

“Onun qulluqçu işə götürməkdə problemləri olub, çünki Monteçitodakı bir çox ev işçisi onların yanında işləmək istəmirdi. Meqan müsahibələri özü keçirirdi və həqiqətən təkəbbürlü və kobud təsir bağışlaya bilərdi. Bəziləri onun ünsiyyət tərzindən o qədər narazı qalmışdı ki, bu barədə şayiələr yayılmağa başladı. Hətta insanlar zarafatla deyirdilər ki, Monteçitodakı bütün xadimələr onlara nifrət edir”, deyə mənbə bildirib.
 

Avqustun 20-də “The Telegraph” qəzeti Şahzadə Harri və həyat yoldaşı Meqan Marklın avqustun sonunda ABŞ-dan Böyük Britaniyaya qayıtmağı planlaşdırdıqlarını yazıb. Nəşrin məlumatına görə, ailə kral ailəsinə məxsus olmayan özəl iqamətgahda, ehtimal ki, Londonun kənarında məskunlaşmaq niyyətindədir.

 

Onların övladları – yeddi yaşlı şahzadə Arçi və beş yaşlı şahzadə Lilibet – sentyabr ayında Britaniyada məktəbə başlamalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin