Müğənni Elvin Abdullayev istehsal etdikləri südü onlardan aşağı qiymətə aldıqlarına görə narazılıq edən fermerlə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, ifaçı fermerə qarşı atılan bu addımı pisləyib.
“Qınamıram yazıq kəndlini, neynəsin, necə zülmlə başa gəlir o südü əldə etmək üçün. Allah insaf versin bəzi alverçilərə. Çox da çətin deyil. Bir az vicdanınız olsun”, - deyə Elvin yazıb.
Qeyd edək ki, ötən gün yayılan görüntülərdə fermerlərdən biri 1 litr süd üçün ona cəmi 15 qəpik təklif olunduğunu bildirib. Fermer bu qiymətin heyvandarlıq təsərrüfatlarının xərclərini qarşılamamasından şikayətlənib. (axşam.az)

Bizim.Media

- A-
- A
- A+
Şoutaym
04:15 / 26.08.2026
"Bir az vicdanınız olsun" – FOTO
Hazırda oxunan: "Bir az vicdanınız olsun" – FOTO
Hazırda oxunan: "Bir az vicdanınız olsun" – FOTO
633046
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































