Cennifer Lopez onunla eşq yaşayır?

Hazırda oxunan: Cennifer Lopez onunla eşq yaşayır?

613906

Cennifer Lopez və onun film tərəfdaşı Brett Qoldstin ətrafında yeni "sevgi romanı" şayiələri alovlansa da, mənbələr bunun real münasibətlərdən deyil, diqqətlə düşünülmüş piar-strategiyadan ibarət olduğunu iddia edirlər.

Bizim.Media xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Şəbəkədə yayılan birgə fotolardan və aralarındakı "eşqin” müzakirəsindən sonra pərəstişkarları 56 yaşlı Lopezin Ben Afflekdən boşandıqdan sonra şəxsi həyatına yenidən başladığını güman edirdilər.

Tədbirlərə birlikdə qatılmaları və "Office Romance" ("Xidməti roman") filminin promo-materiallarındakı nəzərəçarpan yaxınlıq bu şayiələri daha da artırmışdı.

Lakin insayderlər reallığın tam fərqli olduğunu bildirirlər. Onların sözlərinə görə, Lopez ilə 45 yaşlı aktyor arasında heç bir sevgi münasibəti yoxdur və bütün bu danışıqlar "Netflix"in yeni layihəsinin təbliği üçün bir vasitədir.
 

"Cennifer və Brett görüşmürlər və romantik münasibətdə deyillər. İnsanların bunu müzakirə etməsi onlara hətta gülməli gəlir. Onlar sadəcə filmin nümayişini səbirsizliklə gözlədikləri üçün bu şayiələri dəstəkləyirlər", — deyə mənbə vurğulayıb.


İyunun 5-də premyerası planlaşdırılan "Xidməti roman" filmində Lopez Qoldstinin canlandırdığı yeni işçiyə aşiq olan baş direktoru oynayır. Ekrandakı bu münasibət isə spekulyasiyalara səbəb olub. Vaxtilə Qoldstinin Lopezə olan heyranlığını gizlətməməsi və aktrisanın çəkilişlər başlayarkən subay olması da bu marağı alovlandırıb.

Mənbələrin iddiasına görə, Lopez tərəfdaşının daha çox diqqət çəkməsinə kömək etmək üçün layihəyə olan marağı artırmağın əleyhinə deyil.

İnsayder qeyd edib ki, "Bu, roman deyil, sadəcə şou elementidir. Onlar filmin reklamı üçün şayiələrlə oynayırlar".

Eyni zamanda vurğulanır ki, Lopez boşandıqdan sonra hazırda özünü çox rahat hiss edir və yeni münasibətlərə can atmır. Müğənni daha əvvəl verdiyi müsahibələrində "təkliyin xoşbəxt dövrünü" yaşadığını bildirərək, uzun illər davam edən münasibətlərdən sonra ilk dəfə azadlıq və müstəqillik hiss etdiyini qeyd etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin