Salma Hayek saç boyasından imtina etdi – FOTO

Hazırda oxunan: Salma Hayek saç boyasından imtina etdi – FOTO

613899

Salma Hayek 79-cu Kann Kinofestivalı çərçivəsində keçirilən "Kering Women In Motion Awards" mərasimində parlaq görünüşü ilə böyük təsir bağışlayıb.

Bizim.Media xəbər verir ki, 59 yaşlı aktrisa lələklərlə bəzədilmiş ağ libasında olduqca dəbdəbəli görünüb.

İctimaiyyət qarşısına saçlarındakı təbii ağları gizlətmədən çıxan sənətçinin saçları yuxarıdan topuz yığılıb, gümüşü telləri isə üzünü zərifcəsinə əhatə edib.

Hayek bir müddətdir ki, Endi Makdauell və Helen Mirren kimi digər məşhurlar kimi təbii qocalma trendini dəstəkləyərək saçlarının təbii köklərini gizlətmir.
 

Aktrisa tədbirə lüks brendlərin daxil olduğu "Kering" holdinqinin baş direktoru və idarə heyətinin sədri olan milyarder həyat yoldaşı Fransua-Anri Pinoya dəstək olmaq üçün qatılıb.


Cütlük qara xalçada hisslərini gizlətməyib: fotoqraflara poz verərkən ulduzlar bir-birinə gülümsəyib, Salma isə hətta həyat yoldaşının yanağından öpüb. Fransua-Anri Pino kəpənək qalstuklu qara kostyumda olduqca eleqant görünüb və xanımının yanında son dərəcə məmnun statusda diqqət çəkib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin