Röya Ayxanın "YouTube"dan silinən mahnısı geti QAYTARILDI - VİDEO

Hazırda oxunan: Röya Ayxanın "YouTube"dan silinən mahnısı geti QAYTARILDI - VİDEO

612995

Xalq artisti Röya Ayxan və müğənni Əkbər Əliyev tərəfindən təqdim olunan “Ay qız” mahnısının plagiat olması ilə bağlı səsləndirilən iddialar öz təsdiqini tapmayıb.

Bizim.Media xəbər verir ki, Həmid Məmmədliyə, musiqisi isə Röya Ayxanın qardaşı İsmail Zadəyə məxsus olan “Ay qız” mahnısı 10 gün əvvəl "YouTube" platformasından silinmişdi.
 

Lakin İsmail Zadənin adından məsələ ilə bağlı rəsmi şəkildə "YouTube"a əks müraciət təqdim edildikdən sonra bu 10 günlük mübahisə müddətində YouTube bəstəyə qarşı olan bütün iddiaları rədd edərək klipi bərpa etmişdir.


Beləliklə, “Ay qız” mahnısı yenidən "YouTube" platformasına qaytarılıb, səsləndirilən plagiat iddialarının isə əsassız olduğu ortaya çıxıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin