Kemeron Dias 53 yaşında üçüncü dəfə ana oldu – FOTO

Hazırda oxunan: Kemeron Dias 53 yaşında üçüncü dəfə ana oldu – FOTO

611283

Məşhur Hollivud aktrisası Kemeron Dias üçüncü dəfə ana olub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı 53 yaşlı aktrisanın həyat yoldaşı, Good Charlotte qrupunun musiqiçisi Benci Medden “Instagram” hesabında açıqlayıb.

O, Kemeron Diasla birlikdə üçüncü övladlarının dünyaya gəldiyini bildirib.

“Kemeron və mən üçüncü övladımız Nautas Meddenin doğulduğunu elan etdiyimiz üçün çox xoşbəxtik, həyəcanlıyıq və özümüzü şanslı hiss edirik. Dünyaya xoş gəldin, oğlum”, - deyə Benci Medden paylaşımında yazıb.

Məlumata görə, cütlüyün yeni doğulan körpəsi oğlandır. Kemeron Dias və Benci Meddenin bundan əvvəl Reddiks adlı qızı və Kardinal adlı oğlu dünyaya gəlib.

Qeyd edək ki, Kemeron Dias və Benci Medden 2015-ci ildə ailə qurublar. Aktrisa uzun illər kino karyerasına fasilə vermiş, daha sonra yenidən ekranlara qayıtmışdı.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin