Qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək.
Bizim.Media “ajans.az”a istinadən xəbər verir ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq.
Noyabr ayında isə daha uzun istirahət günləri olacaq. Belə ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və hər iki tarix iş günü hesab edilmir. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq.
Nəticədə noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 7 qeyri-iş günü olacaq.
Dekabr ayında isə beşgünlük iş həftəsi üzrə çalışanlar üçün 9, altıgünlük iş həftəsi üzrə çalışanlar üçün 5 istirahət günü nəzərdə tutulur. Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olduğundan həmin tarix iş günü hesab edilmir.
Qeyd edək ki, 2026-cı il üzrə iş və istirahət günlərinin bölgüsü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi istehsalat təqvimi əsasında müəyyənləşdirilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:12 / 28.09.2026
Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı
Hazırda oxunan: Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı
Hazırda oxunan: Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı
639146
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































