Bakının mərkəzində içməli su BİR HƏFTƏDİR küçəyə axır - VİDEO

Hazırda oxunan: Bakının mərkəzində içməli su BİR HƏFTƏDİR küçəyə axır - VİDEO

639162

Bakının Nərimanov rayonunda içməli su borusunun partlaması nəticəsində yaranan problem bir həftədir aradan qaldırılmayıb.

Bizim.Media xəbər verir ki, oxu.az-ın qaynar xəttinə bununla bağlı şikayət daxil olub.

Qeyd olunub ki, hadisə Nəcəf Nərimanov küçəsi, 3 ünvanında baş verib: təxminən bir həftə əvvəl içməli su borusu partlayıb və nəticədə böyük həcmdə su küçəyə axmağa başlayıb.

Şikayətçi iddia edib ki, yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlara dəfələrlə məlumat verilsə də, problem hələ də həllini tapmayıb.

Onların sözlərinə görə, suyun fasiləsiz şəkildə küçəyə axması həm içməli suyun israfına, həm də ərazidə yol örtüyünün sıradan çıxmasına və ətrafın su basmasına səbəb olur.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin