Vəzifəli şəxsləri şantaj edən baş redaktora hökm oxundu

Hazırda oxunan: Vəzifəli şəxsləri şantaj edən baş redaktora hökm oxundu

639131

Şəki Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkədə barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən jurnalist adı altında pul tələb edən Baoğlan Mirzəliyev və Elxan Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə hər iki təqsirləndirilən şəxs 5 il azadlıqdan məhrum ediliblər.

İttihama görə, Sumqayıt, Şirvan, Astara və Göyçay sakini olan bir neçə nəfər və vəzifəli şəxslərin müraciəti əsasında əvvəllər də dələduzluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə məhkum olunmuş, "İynə" satirik jurnalının baş redaktoru 62 yaşlı Baloğlan Mirzəliyev və redaktoru 55 yaşlı Elxan Heydərov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Fakta görə cinayət işi başlanılıb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin