Ağstafada 34 yaşlı kişi öldürüldü

Hazırda oxunan: Ağstafada 34 yaşlı kişi öldürüldü

639116

Ağstafada mübahisə sonda qanla nəticələnib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə  rayonun istirahət parklarından birində baş verib. 1992-ci il təvəllüdlü Rəşad İsmayılov kəsici deşici alətlə qətlə yetirilib. 

R. İsmayılova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Sabir Şükürov keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq şübhəli şəxs qismində istintaqa təhvil verilib. 

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin