Bakının mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılır – FOTO

Hazırda oxunan: Bakının mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılır – FOTO

639187

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, mobilliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi və piyada hərəkətinin təşviqi məqsədilə mərkəzi küçələrdə avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftəsonları ilə yanaşı, Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək.

Dəyişikliklər, Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə şamil ediləcək.

Bu təşəbbüs piyada zonaları arasında əlaqəliliyin artırılmasına, daha rahat və təhlükəsiz şəhər mühitinin yaradılmasına, şəhər mərkəzinin turizm və biznes potensialının inkişafına xidmət edir.

Fərdi parklanma talonuna malik sakinlərin, operativ, tibbi, kommunal, logistika xidmətləri göstərən nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışı təmin ediləcək.

Yeni qaydalar oktyabrın 5-dən test rejimində tətbiq olunacaq.


Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin