Ukrayna 2000 rus hərbçisini məhv etdi: 250 nəfər təslim oldu – FOTO/VİDEO

Hazırda oxunan: Ukrayna 2000 rus hərbçisini məhv etdi: 250 nəfər təslim oldu – FOTO/VİDEO

639166

Ukraynanın 3-cü Ordu Korpusu Novoye, Redkodub və Katerinovka yaşayış məntəqələrini azad edib, həmçinin Karpovka və Novomixlovka üzərində nəzarəti bərpa edib. Düşmənin ümumi itkiləri 2000 nəfər təşkil edib, 250-dən çox rus hərbçisi isə əsir götürülüb. Bununla da "Vivaldi" əməliyyatının üçüncü mərhələsi başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə 3-cü Ordu Korpusunun Telegram kanalı yazıb. 

Mənbə qeyd edir ki, əlavə olaraq 51 km² ərazi geri qaytarılıb və nəticədə hücumun başlanğıcından bəri azad edilən ərazinin ümumi sahəsi 176 km²-ə çatıb.

"Vivaldi" əməliyyatının üçüncü mərhələsinin əsas hədəfi düşmənin Novoye yaşayış məskənində hücum üçün qurduğu dayaq nöqtəsi olub. 

 

Korpus komandiri, briqada generalı Andriy Biletski bildirib: "Düşmən əmin idi ki, hücumun əsas istiqaməti Şandriqolovo–Zelenaya Dolina xəttinə yönəlib. Bu, onların həmin sektorda əks-hücumlar zamanı ehtiyat qüvvələrini mənasız yerə sərf etmələrinə səbəb oldu. Ruslar, əsasən Novoyenin ələ keçirilməsinə yönəlmiş real zərbə qarşısında hazırlıqsız yaxalandılar".


Müdafiə xəttini yarmaq üçün korpus öz ixtirası olan bir sistemdən – robotlaşdırılmış kamikadze vasitələrinə çevrilən və sovetlər vaxtı istehsal edilərn BTR-60-lardan istifadə edib. Onlar düşmənin ən güclü istehkamlı mövqelərini məhv etmək məqsədilə tətbiq olunub.

Rus qoşunları, o cümlədən zabitlər, pilotlar və artilleriyaçılar tam heyətlə təslim olublar.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin