“İnter”dən Hakan Çalhanoğlunun gələcək karyerası ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: “İnter”dən Hakan Çalhanoğlunun gələcək karyerası ilə bağlı AÇIQLAMA

639175

İtaliyanın “İnter” klubunda çıxış edən Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlunun komandadakı gələcəyi ilə bağlı yeni iddialar yayılıb.

Bizim.Media xəbər verir ki, İtaliya mediasına görə, Milan təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatacaq 32 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə imzalamaq niyyətindədir.

Bildirilib ki, “İnter”in idman direktoru Dario Baccininin yaxın həftələrdə Hakan Çalhanoğlunun meneceri Qordon Stipiçlə görüşərək futbolçunun gələcəyini müzakirə edəcəyi gözlənilir.
 

Baş məşqçi Kristian Kivunun əsas oyunçularından biri hesab olunan Çalhanoğlunu komandada saxlamaq istəyən klub rəhbərliyinin futbolçuya yeni müqavilə təklif etməyə hazırlaşdığı qeyd olunub. Lakin “İnter”in onun son illərdə yaşadığı zədələri və hazırda qasıq nahiyəsindəki problemini nəzərə alaraq maaşında endirim tələb edəcəyi iddia edilir.


Məlumata görə, hazırda mövsümə 6,5 milyon avro xalis qazanan Hakan Çalhanoğluya illik 4,5 milyon avro və bonuslardan ibarət əməkhaqqı təklif olunacaq. Yeni müqavilənin müddətinin isə iki il olacağı bildirilir.

Türkiyə millisinin kapitanına digər klubların da maraq göstərdiyi vurğulanır. “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş”ın futbolçunun vəziyyətini izlədiyi, İtaliyanın “Yuventus” klubunun da son aylarda Çalhanoğlunu diqqətdə saxladığı qeyd edilir.

İddialara əsasən, “İnter”lə müqavilənin uzadılması ilə bağlı danışıqlarda irəliləyiş əldə olunmasa, “Yuventus”un 32 yaşlı futbolçu üçün hərəkətə keçməsi mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin