Ukrayna dronları Rusiyanın Krasnodar diyarındakı neft bazasına hücum etdi - VİDEO

Hazırda oxunan: Ukrayna dronları Rusiyanın Krasnodar diyarındakı neft bazasına hücum etdi - VİDEO

639145

Ukraynanın "Exilenova+" və "Supernova+" monitorinq Telegram kanallarının məlumatına görə, sentyabrın 28-nə keçən gecə Rusiyanın Krasnodar diyarındakı "Edelveys-95" neft bazasında dron hücumu nəticəsində yanğın baş verib.

Bizim.Media xəbər verir ki, sözügedən obyekt neft məhsullarının topdansatışı ilə məşğuldur.

Açıq mənbələrdən əldə edilən məlumatlara əsasən, baza 4500 kubmetr saxlama tutumuna malikdir və yanacağın qəbulu və yola salınması üçün öz dəmir yolu xəttinə sahibdir.

Şirkətin veb-saytında qeyd olunur ki, "Edelveys-95" dizel yanacağı və benzin satışı həyata keçirir və məhsulları birbaşa Rusiyanın iri neft emalı zavodlarından əldə edir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin