Hüseyn Dəryanın mahnısı yeni təqdimatda – Bu dəfə ROK üslubunda – VİDEO

Hazırda oxunan: Hüseyn Dəryanın mahnısı yeni təqdimatda – Bu dəfə ROK üslubunda – VİDEO

639194

DÖNGƏ rok qrupu yeni tərzdə təqdim edib Azərbaycanın DÖNGƏ rok qrupu mərhum reper Hüseyn Dəryanın «Məktub» mahnısına çəkilmiş klipi təqdim edib.

Bizim.Media xəbər verir ki, Musiqiçilər kompozisiyanı öz üslublarında təqdim edərək, orijinalın rep ruhunu rok səslənməsi ilə birləşdiriblər. 

«Məktub»un yeni versiyası DÖNGƏ-nin üslubunda aranjiman olunub və mahnı ilə yanaşı videoklip də təqdim edilib. Mahnı və klip Hüseyn Dəryanın xatirəsinə həsr olunub.
 

Videoklipin süjeti tamaşaçını 2000-ci illərin ab-havasına aparır. Səhnələrdən birində televizorda Hüseyn Dəryanın iştirak etdiyi veriliş nümayiş olunur. Klipin əsas qəhrəmanlarından biri isə reperin yaradıcılığına böyük maraq göstərən oğlandır.


Bu obraz vasitəsilə klip müəllifləri Hüseyn Dəryanın mahnıları ilə böyüyən və onun yaradıcılığını yaxından izləyən bir nəslin sənətçiyə münasibətini çatdırmağa çalışıblar.

«Məktub» DÖNGƏ üçün Hüseyn Dəryanın musiqi irsinə yeni janr formatında müraciət olub. Rok aranjimanı kompozisiyaya fərqli səslənmə qazandırsa da, mahnının tanış əsasını qoruyub saxlayıb.

Qrupun rəsmi səhifəsində həmçinin bildirilib ki, «Məktub» DÖNGƏ-nin təqdim edəcəyi son Hüseyn Dərya mahnısı olmayacaq. Musiqiçilər yaxın zamanda reperin daha bir kompozisiyasını təqdim etməyi planlaşdırırlar. Lakin növbəti mahnının adı hələlik açıqlanmayıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin