Növbəti ildən daha çox vergi ödəməli olacaqsınız - Qanun nə deyir? – VİDEO

Hazırda oxunan: Növbəti ildən daha çox vergi ödəməli olacaqsınız - Qanun nə deyir? – VİDEO

639119

Gəlir vergisi fiziki şəxslərin əldə etdikləri gəlirlərdən (məsələn, əməkhaqqı, sahibkarlıq fəaliyyəti, dividend, faiz gəlirləri və s.) dövlət büdcəsinə ödənilən məcburi ödənişdir.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, 2027-ci ildən əməkhaqqı alan şəxslər üçün gəlir vergisinin hesablanması qaydasında dəyişiklik olacaq.

Bəs gəlirimizdən nə qədər vergi tutulacaq?

2027-ci il yanvarın 1-dən aylıq gəliri 2 500 manatadək olan şəxslərdən 5 faiz gəlir vergisi tutulacaq.

2 500 manatdan 8 000 manatadək gəliri olanlar isə 125 manat və 2 500 manatdan yuxarı məbləğin 10 faizi qədər vergi ödəyəcəklər.

Aylıq gəlir 8 000 manatdan çox olduqda isə vergi 675 manat və 8 000 manatdan yuxarı hissənin 14 faizi olacaq.

2028-ci il yanvarın 1-dən isə 2 500 manatadək gəlirə tətbiq edilən vergi dərəcəsi 7 faizə yüksələcək. Bu halda 2 500-8 000 manat aralığında gəlirlər üçün sabit məbləğ 175 manat, 8 000 manatdan yuxarı gəlirlər üçün isə sabit məbləğ 725 manat olacaq.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin