Messi qol vursa da komandası uduzdu – VİDEO

Hazırda oxunan: Messi qol vursa da komandası uduzdu – VİDEO

639138

"Inter Miami" MLS-də qələbəsiz oyunlar seriyasını beş matça çatdırıb. Ardıcıl dörd heç-heçədən sonra Messi və komanda yoldaşları 98-ci dəqiqədə qol buraxaraq "Columbus"a 1:2 hesabı ilə məğlub olublar.

Bizim.Media xəbər verir ki, "Inter Miami" 27 oyunda topladığı 46 xalla Şərq Konfransının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Komanda son on matçda cəmi bir qələbə qazana bilib.

Bu gün klub heç-heçə seriyasını beş oyuna çatdırmaq üzrə olsa da, əsas vaxta əlavə olunmuş hissənin səkkizinci dəqiqəsində həlledici qolu buraxıb.
 

"Columbus"un yarımmüdafiəçisi Brais Mendesin zərbəsindən sonra "Inter Miami"nin qapıçısı Rokko Rios topu qaytarsa da və bu, seneqallı hücumçu Cimal Tiarenin topu qola çevirməsinə şərait yaradıb.


"Inter Miami" oyunçuları ofsayd ehtimalını əsas gətirərək hakimə kəskin etiraz ediblər. VAR yoxlanışından sonra hakim Viktor Rivas qolu qüvvədə saxlayıb.

Hakimin qərarı "Inter Miami"nin məşqçilər korpusunun sərt etirazına səbəb olub; baş məşqçi Kili Qonsales hakimlə mübahisə etdiyi üçün sarı vərəqə alıb. Qeyd etmək lazımdır ki, həmin ana qədər "Inter Miami" artıq azlıqda qalmışdı, çünki yarımmüdafiəçi Santyaqo Morales əlavə vaxtda iki sarı vərəqə almışdı.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin