Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı - VİDEO

Hazırda oxunan: Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı - VİDEO

639192

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi tərəfindən azərbaycanlılar da daxil olmaqla 50 nəfər saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında məlumat verilib.

Məlumata görə, ölkə ərazisində xüsusi miqrasiya nəzarəti tədbirləri icra olunub. Həyata keçirilən kompleks əməliyyatlar nəticəsində aralarında Azərbaycan, Nigeriya, Əfqanıstan, İran, Çin, Tailand, Rusiya, Hindistan, İraq, Türkmənistan və Misir vətəndaşlarının da olduğu 50 qeyri-qanuni əcnəbi miqrant saxlanılıb.

 

Miqrasiya nəzarəti üzrə xüsusi tədbirlər çərçivəsində idarənin işçiləri Gürcüstan ərazisində qanuni əsasları olmadan yaşayan xarici ölkə vətəndaşlarını müəyyən etmək məqsədilə konkret məkanlarda və müxtəlif təyinatlı obyektlərdə yoxlamalar aparıblar.


Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər Gürcüstanın "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" qanununun müvafiq tələblərini pozaraq ölkədə qalıblar.

Hazırda həmin şəxslər Miqrasiya İdarəsinin müvəqqəti saxlanma mərkəzinə yerləşdiriliblər. Onların ölkədən deportasiya edilməsi üçün lazımi hüquqi prosedurlar davam etdirilir. (Oxu.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin