“Forbes” jurnalın dərc etdiyi siyahıya əsasən, "Lukoil" neft şirkətinin həmtəsisçisi, azərbaycanlı milyarder Vahid Ələkbərov 2025-ci ildə ən yüksək dividend ödənişləri alan rusiyalıların "Forbes" reytinqində birinci yeri tutub.
Bizim.Media xəbər verir ki, ona ödənilən ümumi məbləğ 106 milyard rublu ötüb. Ələkbərov əvvəllər itirdiyi reytinq liderliyini yenidən əldə edib.
"Forbes"in məlumatına görə, Ələkbərov "Lukoil"dakı payın əksəriyyətinə qapalı tipli investisiya fondları vasitəsilə nəzarət edir, şəxsən isə şirkət səhmlərinin təxminən 3%-nə sahibdir. Reytinqdə hər bir iştirakçı üçün ödəniş növü – birbaşa və ya dolayı dividendlər – qeyd olunur, Ələkbərovun vəziyyətində hər iki növ təmsil olunur.
"Novatek"in İdarə Heyətinin sədri Leonid Mixelson 87,1 milyard rubl məbləğində dividend gəliri ilə siyahıda ikinci yeri tutub. "Forbes" "Sibur Holding"in həmtəsisçisi Gennadi Timçenkonu 75,1 milyard rubl göstərici ilə üçüncü pillədə yerləşdirib.
Qeyd olunur ki, hər iki halda rəqəmlər dolayı dividendlərə aiddir, yəni ödənişlər onların nəzarətində olan holdinq şirkətlərinə yönəldilir.
"Forbes" ən yüksək dividend gəlirinə malik rusiyalıların illik reytinqini dərc edir; 2026-cı il siyahısına 75 nəfər daxildir.
Bizim.Media




































































































