Bakı-Quba yolunun bu hissəsində dirəklər var, işıq yoxdur – VİDEO

Hazırda oxunan: Bakı-Quba yolunun bu hissəsində dirəklər var, işıq yoxdur – VİDEO

639133

Magistralda işıq dirəkləri var, amma işıq yoxdur.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsindən gedir.

Sakinlərin sözlərinə görə, yol kənarındakı işıq dirəklərinin işığı aylardır yanmır. Buna görə ərazidə təhlükəli vəziyyət yaranıb.
 

Problemin yaratdığı təhlükə yalnız piyadalarla məhdudlaşmır. Sürücülər də gecə saatlarında yolun bu hissəsində hərəkət edərkən görünüş məsafəsinin azalmasından əziyyət çəkirlər. Xüsusilə yolu keçmək istəyən piyadaların qaranlıqda sürücülər tərəfindən vaxtında görünməməsi qəza riskini artırır.


Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, Bakı-Quba magistral yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisində işıqlandırma sistemi hazırda işlək vəziyyətdə deyil. Buna səbəb aylar əvvəl yaranmış texniki problemdir. Qurumdan qeyd edildi ki, problemin yaxın zamanda aradan qaldırılması planlaşdırılır.

Daha ətraflı videomaterialı təqdim edirik.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin