Pul probleminə görə MTV-dəki verilişi bağlandı - VİDEO

Hazırda oxunan: Pul probleminə görə MTV-dəki verilişi bağlandı - VİDEO

610933

“8 ay veriliş apardım. Kanalın ən reytinqli və ən çox gəlir gətirən verilişi oldum.Sadəcə, kanalın maliyyə problemləri, axşam efirləri üçün büdcə ayıra bilməməsi və ümumi ixtisarlar səbəbindən ayrılmaq qərarı verdim. Həm də əməkhaqqqımla bərabər getdim".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov "Öz aramızda" verilişində deyib. Sənətçi MTV-də yayımlanan proqramının yayımının dayandığını açıqlayıb.

O bildirib ki, buna səbəb maliyyə problemləri olub.

Kərim sentyabrdan başqa bir kanalda çalışacağını deyib:

"Əsas odur ki, bu gün çox gözəl təkliflər alıram. Sentyabrdan etibarən yeni kanal və yeni layihələrlə efirdə olacağam. Hələlik kanalın adını açıqlamaq istəmirəm, sirr olaraq qalsın. Hazırda iki kanaldan təklif almışıq və seçim üzərində düşünürük". (Axşam.az)
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Axşam.az (@axsamaz)


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin